Azərbaycan Boks Federasiyası və PAŞA Həyat tərəfdaşlıq müqaviləsi imzalayıb
Ölkəmizdə idmanın inkişafına daim dəstək verən ölkənin lider həyat sığortası şirkəti PAŞA Həyat Azərbaycan Boks Federasiyası ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Bu barədə Mara-ya “PAŞA Həyat"dan bildirilib.
Qeyd edilib ki, Azərbaycan Boks Federasiyası və “PAŞA Həyat Sığorta” ASC arasındakı əməkdaşlığın əsas məqsədlərindən biri Azərbaycan Respublikasında idman sahəsinin inkişafına dəstək göstərmək, boksa olan marağın artırılmasına töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Federasiya 1924-cü ildə yaradılıb. 1992-ci ildən AİBA və EABA-nın tam hüquqlu həqiqi üzvü olub.
"“PAŞA Həyat” şirkəti bu tərəfaşlıqla qürur duyduğunu, sosial məsuliyyəti çərçivəsində Azərbaycan adını zirvələrə qaldırmaq uğrunda çalışanlara dəstəyini davam edəcəyini bildirir. Şirkət həmçinin digər idman növləri üzrə qurumlarla da tərəfdaş qismində çıxış edir",- məlumatda bildirilir.
Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2022-ci il tarixinə şirkətin məcmu aktivləri 562 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, yığım tərkibli “Həyatın yaşam sığortası” məhsullarını təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
1 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
3 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı














.jpg)




