SOCAR 73 faiz İsveçrədəki gəlirlərindən asılıdır
SOCAR gəlirlərinin 73 faizini İsveçrədə, 90 faizini ölkə xaricində əldə edir.Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) satışdan gəlirləri 2023-cü ilin ilk 6 ayında (yanvar-iyun) ötən ilin eyni dövrü ilə müqayisədə 18 milyard 147 milyon manat və ya 30% azalıb.
Marja.az Şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin ilk 6 ayında SOCAR-ın cəmi gəlirləri 60 milyard 328 milyon manat ikən, 2023-cü ilin ilk 6 ayında 42 milyard 181 milyon manat olub. Əlavə edək ki, bu il dünya bazarlarında neft və qaz qiymətləri 2022-ci illə müqayisədə aşağı olub.
2023-cü ilin ilk 6 ayında SOCAR-ın cəmi gəlirləri (satış gəlirləri, faiz gəlirləri, asılı müəssisələrdən gəlirlər və sair gəlirləri ) 43 milyard 694 milyon manat, cəmi xərcləri 42 milyard 280 milyon manat təşkil edib.
2023-cü ilin yanvar-iyun dövründə SOCAR xam neftin satışından 25 milyard 421 milyon manat, neft məhsullarının satışından 9 milyard 144 milyon manat, təbii qazın satışından 4 milyard 159 milyon manat, neft-kimya məhsullarının satışından 2 milyard 7 milyon manat, icarədən 213 milyon manat əldə edib. Həmçinin SOCAR-ın 1 milyard 237 milyon manat sair gəlirləri olub.
SOCAR 42 milyard 181 milyon manat cəmi satış gəlirlərinin 30 milyard 833 milyon manatını İsveçrədə, 4 milyard 296 milyon manatını Azərbaycanda, 3 milyard 739 milyon manatını Türkiyədə, 1 milyard 361 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 900 milyon manatını Gürcüstanda və 1 milyard 52 milyon manatını sair ölkələrdə əldə edib. Beləliklə, SOCAR gəlirlərinin 73 faizini İsveçrədə, 90 faizini ölkə xaricində əldə edir.
Qeyd edək ki, SOCAR 30 iyun 2023-cü il tarixində başa çatan altı ay üzrə Konsolidasiya edilmiş hesabatlarını dərc edib.
SOCAR 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 1 milyard 414 milyon manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ilin eyni dövrünü 4 milyard 624 milyon manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Azərbaycanın ən böyük şirkətinin xalis mənfəəti 3,3 dəfə azalıb.
SOCAR 30 iyun 2023-cü il tarixində 70 milyard 351 milyon manat cəmi aktivlərə malik olub. Şirkəti ötən ilin eyni tarixində 80 milyard 835 milyon manat cəmi aktivlərə malik idi.
SOCAR-ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı, nəql edilməsi, eləcə də neftin, qazın, neft məhsullarının satışından ibarətdir. SOCAR 100 faiz Azərbaycan Respublikasına (Dövlətə) məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
37 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
53 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
57 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



