Analitik rublun gələcək ucuzlşamasının “ilk əlamətləri” barədə xəbərdarlıq edib
Analitik : Dollar 89,2-yədək möhkəmlənsə, rublun zəifləməsi başlayacaq."Payızın son aylarında rublun məzənnəsini neft qiymətləri və noyabrın 30-na təxirə salınan OPEC+ toplantısının nəticələri müəyyən edəcək".
Marja xəbər verir ki, bunu "BitRiver"in maliyyə analitiki Vladislav Antonov bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn zəifləmənin “ilk əlaməti” Moskva Birjasında ticarət sessiyasında bir dolların 89,2 rubldan yuxarı bağlanması ola bilər. Dünən Birjada Dollar/Rubl məzənnəsi 88,60 rublda bağlanıb.
O xatırladıb ki, son həftədə rublun mülayim möhkəmlənməsi noyabrın 28-də vergi ödənişləri ərəfəsində ixracatçıların xarici valyuta satması, eləcə də neftin yüksək qiymətlərinin davam etməsi ilə bağlı olub.
"Eyni zamanda, OPEC+ qərarlarının gözləntiləri və dolların dəyişməsi fonunda neft qiymətlərinin dinamikası qeyri-sabit idi. Ümumiyyətlə, neft bazarında vəziyyətin sabitləşməsi şərti ilə Rusiya valyutasının daha da möhkəmlənməsi perspektivləri qalır", - analitik proqnozlaşdırır.
Texniki baxımdan Brent markalı neftin qiyməti 83,3 və 84,3 dollarlıq müqavimət səviyyələrini keçərsə, daha da bahalaşma potensialına malikdir. Müvafiq olaraq, kotirovkaların artımı rublun dinamikasına müsbət təsir göstərəcək. Lakin neftin qiymətinin 79 dollardan aşağı düşərək 74,5 dollara enməsi Rublun zəifləməsinə səbəb olacaq.
Son yeddi həftə ərzində Rubl dollara nisbətdə 13,6% möhkəmlənib. Dollara mühüm dəstək 85-86 rubl diapazonundadır. Ancaq məzənnə 87,66 rubldan aşağı düşə bilmir.
Rublda növbəti ucuzlaşmanın başlanğıcının ilk əlamətləri, qiymət 89,2 rubldan yuxarı bağlanarsa görünəcək. Antonov proqnozlaşdırır ki, məzənnə 90,5 rubldan yuxarı qalxarsa "boğa" tendensiyası yaranacaq.
Avro/rubl cütlüyündə əsas dəstək səviyyələri 94-95 rubl arasında qalır. Tələb və təklif arasındakı balanssızlıq hazırda rublun xeyrinə olduğundan, məzənnə bu səviyyələrə ayın sonuna qədər düşə bilər. Məzənnədə davamlı tendensiyasının geri qayıtması üçün bir avronun 100 rubl səviyyəsinə qayıtması lazımdır. Eyni zamanda, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsinin artırması tsiklinin sona yaxınlaşması səbəbindən zəif olaraq qalan dollardan fərqli olaraq, Avropa valyutasının bahalaşması ehtimalı daha yüksəkdir.
Dünən birjada Avro/Rubl məzənnəsi 97,07 rublda bağlanıb.
Qeyd: Artım istiqamətində bir qiymətin kəsməkdə çətinlik çəkdiyi və ümumilikdə kəsə bilmədiyi qiymət səviyyəsi müqavimət, eniş istiqamətində qiymətin üzləşdiyi və kəsə bilmədiyi qiymət səviyyəsin isə dəstək adlanır (Mənbə:İnvestaz.az).
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
4 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

















.jpg)






