Meyvə-tərəvəz idxal edənlər vergi orqanına xüsusi forma təqdim etməli olacaqlar
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun layihəsi Milli Məclisdə müzakirə olunur.
Marja.az-ın məlumatına görə, “Bizcon Audit” MMC-nin direktor-auditoru Anar Bayramov bildirib ki, 2024-cü ildən Vergi Məcəlləsində nəzərdə tutulmuş dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarının satışı ƏDV-yə yeni qaydada cəlb ediləcək.
"2024-ci ildən Vergi Məcəlləsinə nəzərdə tutulmuş dəyişikliyə əsasən kənd təsərrüfatı məhsullarını idxal edərək topdan və pərakəndə qaydada satışını həyata keçirən şəxslər üçün ƏDV hesablanması əvvəlki illərdə olduğu kimi ümumi dövriyyədən olacaq. Məlumdur ki, mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı mallarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır və eyni zamanda alışlar, o cümlədən idxal zamanı ödənilən ƏDV məbləği əvəzləşdirilmir. Bu metodla satışın ƏDV-yə yalnız ticarət əlavəsi hissəsinin cəlb edilməsi belə, bu bir çox hallarda sahibkarlar üçün ciddi şəkildə maliyyə itkisinə gətirib çıxarırdı. Belə ki, vergi ödəyiciləri idxal zamanı statistik dəyərdən hesablanmış daha artıq ƏDV məbləğini əvəzləşdirə bilmirdilər və beləliklə də onların vergi xərcləri yüksək olur. Lakin nəzərdə tutulmuş dəyişikliyə əsasən artıq növbəti ildən vergi ödəyicisinin hüququ var ki, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan şəxslər idxalda ödədikləri ƏDV məbləğini tam əvəzləşdirəcəklər və satışdan ƏDV məbləği dövriyyədən tam hesablanacaq. Bunun üçün 2024-cü il yanvar ayıınn 1-dən kənd təsərrüfatı məhsulu idxal edəcəkləri tarixədək vergi orqanınına xüsusi məlumat forması təqdim etməlidir. Əksi təqdirdə ƏDV mövcud qanunvericiliyə əsasən ticarət əlavəsindən hesablanacaq və idxalda ödənilən ƏDV-ni əvəzlğşdirə bilməyəcək", - Bayramov məlumat verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)






