"Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlir"
Camaşırxana, qida və s. bölmələr tibb müəssisələri üzərində yükə çevrilib.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, TƏBİB-in tabeliyində yaradılmış publik hüquqi şəxslər hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərir:
"Publik hüquqi şəxslər kimi çevik və korporativ idarəçilik formasına keçmədiyinə görə hələdə dotasiya ilə fəaliyyət göstərirlər. Publik hüquqi şəxslər şəklində fəaliyyət göstərən tibb müəssisələrində idarəetmə və qeyri-tibb işçilərinin həm sayının artması, həmdə yüksək maaşlar verilməsi bu müəssisələrdə rentabelliyin aşağı düşməsinə səbəb olub. Bəzi hallarda idarəetmə personalının maaşının yüksək, lakin baş həkimlərin maaşlarının isə aşağı olması səmərəlilik prinsiplərinə uyğun gəlmir. Bu da narazılığa səbəb olur. Yaxşı ixtisaslı kadrlar maaşa görə özəl xəstəxanalara yönəlir. Səhiyyə idarəetməsi və tibb xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyinin payı artırılmalıdır. Bütün qurumlara İcbari tibbi Sığorta Fonduna yığılan vəsaitlərə çıxış üçün eyni şərait yaradılmır, bəzən süni əngəllər yaradılır. Tibb müəssisələrinin akkreditasiyası inqilabi dəyişikliklərə səbəb olacaq. Gələn il müstəqillik dövrünün rekord səviyyədə səhiyyə büdcəsi gözlənilir”.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
45 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























