Elektron siqaretlərlə bağlı dövlət standartı qəbul edilib
Standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir.İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı qəbul edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, Dövlət standartı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə şamil edilir və bir sıra təhlükəsizlik və keyfiyyət tələblərini özündə əks etdirir. Belə ki, standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir. Sənəddə həmçinin elektron siqaret məhsullarının tərkibində olmamalı olan maddələrin siyahısı da yer alıb.
Standart “Toxum və əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi yem bitkilərinin qida məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 27) tərəfindən təqdim edilib.
Dövlət standartı hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Qeyd edək ki, məhsulun 18 (on səkkiz) yaşa çatmamış şəxslərə əvəzli və ya əvəzsiz verilməsi, həmçinin 18 (on səkkiz) yaşa çatmamış şəxslər tərəfindən istifadəsi qadağandır.
Məlumat üçün bildirilib ki, bir müddət öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qutularının üzərində Azərbaycan dilində zəruri məlumatlar olmayan, eləcə də istehlakçının sağlamlığına zərərli təsirləri barədə Azərbaycan dilində müvafiq xəbərdarlıq yazısı olmayan birdəfəlik istifadə üçün elektron siqaretlərin idxalının və satışının həyata keçirildiyi barədə müraciət daxil olmuşdu. Müraciətdə qeyd olunan faktlar araşdırılaraq sözügedən məhsulların ölkə ərazisinə idxalını həyata keçirən 9 sahibkar müəyyənləşdirilmiş və həmin sahibkarlara satdıqları məhsulların etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə məktublar ünvanlanmışdı. Nəticədə, həmin sahibkarlar tərəfindən idxal edilən 11 adda birdəfəlik istifadə üçün elektron siqaretin üzərində Azərbaycan dilində məlumatların yerləşdirilməsi təmin olunub.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 19 saat sonra
-
-
13 d. əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
2 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Ən çox oxunanlar
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı





















