"Metroda bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub"
Adətən açıqlamalarda bildirilir ki, metropolitendə sərnişinlər üçün tətbiq edilən tarif qurumun xərclərini ödəməyə bəs etmir. Bəs hazırda bir sərnişinin daşınması neçəyə başa gəlir və xərclərin qarşılanması üçün maliyyə vəsaiti necə formalaşır?
“Bakı Metropoliteni” QSC-də sədr müavini Hidayət Məmmədov bildirib ki, bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub:
"2023-cü ildə tariflərə də yenidən baxıldı və bir gediş haqqı 40 qəpiyə təyin olundu. Əsasən pandemiya dövrünün təsirləri sözünü dedi. Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil. Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur. Bunlara rəğmən gördüyümüz yeniliklər və optimallaşma tədbirləri, ən mühüm də sərnişinin sayının artması sayəsində 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi. Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu. Pandemiya təchizatla bağlı məhsulların da qiymətinə təsir edib. Məsələn, ağac şpalların qiyməti, demək olar, iki dəfə artıb. Doğrudur, pandemiya vaxtı da bir sıra yeniləşmə və optimallaşma işləri, həmçinin mümkün qənaətə nail olundu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi. Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub. Lakin qeyd edim ki, metropolitenin son iki il üçün maliyyə hesabatı müstəqil auditin yoxlamasındadır. Normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, bir sərnişinin neçəyə və nə üçün qeyd edilən qiymətə başa gəldiyini hesabatda daha əyani görəcəksiniz".
© Azərtac
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
-
1 saat əvvəl
"Alatava - Avtonəqliyyat" QSC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
1 saat əvvəl
Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır!
-
1 saat əvvəl
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
Kaya Kallas Azərbaycana səfərə gəlib
Ən çox oxunanlar
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta”da növbədənkənar ümumi yığıncaq keçiriləcək
NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib
"Qlobal neft ehtiyatları 8 ilin ən aşağı səviyyəsindədir. Dünyanın tələbatını 101 gün qarşılaya biləcək ehtiyat qalıb"






.jpg)





.jpg)









