9 ayda respublikada elektrik enerjisi istehsalı 28,2 mln. kVt·st artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, 9 ayda respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt·st, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt·st olub.
9 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 19 854,5 mln. kVt·st, SES-lərdə 1 417,1 mln. kVt·st, digər mənbələr üzrə isə 267,0 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 44,6 mln. kVt·st, günəş elektrik stansiyalarında 53,2 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 169,2 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 19 404,6 mln. kVt·st (İES-lərdə 18 078,3 mln. kVt·st, SES-lərdə 1 326,3 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 368,2 mln. kVt·st (İES-lərdə 240,0 mln. kVt·st, SES-lərdə 79,5 mln. kVt·st, Günəş ES-də 48,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 34,4 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 731,4 mln. kVt·st təşkil edib.
2023-cü ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt·st, idxalı isə 179,6 mln. kVt·st olub.
Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 293,4 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 10,3 mln. kVt·st, ixrac isə 313,4 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























