"Azərbaycan da bu layihədə iştirak etməyə hazırdır" - NOVAK
Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvada təşkil edilən Rusiya Enerji Həftəsi çərçivəsində Türkiyədə qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə bağlı açıqlamalar verib.
Marja.az xəbər verir ki, Təbii qaz mərkəzi layihəsinin maraq doğurduğunu qeyd edən Novak, "Bu, həm Türkiyənin, həm də Rusiyanın böyük maraq göstərdiyi bir layihədir. Başqa maraqlı tərəflər də var. Məsələn, Azərbaycan da bu layihədə iştirak etməyə hazırdır" deyib.
Layihədə digər ölkələrin də iştirak edə biləcəyini bildirən Novak, “Biz inanırıq ki, digər ölkələr də qaz təchizatçısı kimi iştirak edə bilər. Çünki Avropa və xüsusilə Cənub-Şərqi Avropa üçün elektron ticarət platformasının yaradılması məqsədəuyğun olar ki, orada satılacaq həcmlərə uyğun olaraq qaz qiymətləri təyin olunsun” deyib.
Novak bu mərkəzin yaradılması istiqamətində işlərin davam etdiyinə diqqət çəkərək, “Qazprom və BOTAŞ birgə yol xəritəsi hazırlayıb. Ümid edirəm ki, yaxın gələcəkdə saziş imzalanacaq və layihənin həyata keçirilməsində irəliləməyə imkan verəcək”,- deyib.
Türkiyə ilə təbii qaz sahəsində mühüm layihələr həyata keçirdiklərini qeyd edən Novak, “Həm "Mavi Axın", həm də "Türk axını"nın 1-ci xətti ilə Türkiyənin daxili istehlakına və Türk axını”nın 2-ci xəttilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün Türkiyə ilə bir çox layihəmiz var", - Novak bildirib.
Sözügedən layihələrin prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında əldə olunan razılaşmalarla həyata keçirildiyini bildirən Novak deyib:
“Qazprom və BOTAŞ bu layihələri birgə həyata keçirir və bu gün sözügedən boru kəmərləri uğurla işləyir. Çatdırılmalar tam layihə gücünə uyğun həyata keçirilir. Ona görə də enerji sektorunda və xüsusən də təbii qaz sektorunda uğurlu əməkdaşlıqların olduğuna inanıram”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





