Bakıda 154 metrlik Ro-Pax tipli gəmi-bərənin tikintisinə start verildi
Sentyabrın 29-da İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC-də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi üçün tikiləcək Ro-Pax tipli gəmi-bərənin ilk polad lövhəsinin kəsilmə mərasimi baş tutub.
İZİA-dan Marjaya daxil olmuş məlumatda bildirilir ki, zavod rəhbərliyi və əməkdaşlar polad lövhənin kəsilməsini bildirən düyməni basıblar.
Özünəməxsus unikallığı ilə seçilən bu gəmi-bərənin uzunluğunun 154.50 metr, eni 17.70 metr, bortunun hündürlüyünün isə 7.5 metr olması nəzərdə tutulub. 30 nəfərlik heyətlə idarə edilən bu gəmi saatda 14 dəniz mili sürətilə hərəkət edə biləcək. Qısa beynəlxalq səfərlər üçün nəzərdə tutulmuş gəmi 100 nəfər sərnişin tutumuna malik olmaqla yanaşı, T-1 ölçülü dəmiryolu vaqonlarının (Vaqon-çənlər 56 ədəd, Yarımvaqonlar 46 ədəd, Yük vaqonları 44 ədəd), avtomobillərin və yük maşınlarının (Yarımqoşqulu yük avtomobilləri 50 ədəd) daşınması imkanlarına malik olacaq.
Gəmi 2600 kVt gücə malik iki ədəd əsas mühərrik, 188 t yük qaldırma qabiliyyətli yük lifti, helikopter meydançası, yan rampa, stabilizator sistemi, iki ədəd dartıcı lokomotivlə təchiz olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
4 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
4 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























