Xalq Bank və “Bakcell”dən yeni kampaniya!
(®) Xalq Bank Bakcell şirkəti ilə birlikdə müştərilər üçün növbəti kampaniyaya start verir.
Kampaniya şərtlərinə əsasən, yalnız Bakcell abunəçiləri XalqKart Petrol və ya XalqKart Cashback kartının onlayn sifarişində “XK092023” promokodunu tətbiq edərək 3 illik kartı endirimlə 10 AZN-ə əldə edə biləcəklər. Təklif 30 oktyabr 2023 tarixinədək qüvvədədir. Kampaniyaya ayrılmış kart sayı məhduddur.
XalqKart Petrol gündəlik alış-verişdən 3-40% pulsuz yanacaq qazandıran ödəniş kartıdır. Bu kartla müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığınız nağdsız ödənişlərdən Oil bonusları qazana və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişdirə bilərlər
XalqKart Cashback kartı isə əməliyyatın 2-40 %-i qədər keşbek qazancı təklif edən ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8 % əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək pulsuz Card to Card, komissiyasız nağdlaşdırma (aylıq 1000 AZN-dək) və balansın artırılması imkanları mövcuddur.
XalqKartı https://cardorder.xalqbank.az səhifəsinə keçid edərək onlayn sifariş etmək olar. Bakı ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





