NEQSOL Holding-in rəhbərliyində təyinatlar olub
NEQSOL Holding Vüqar Səmədlinin Enerji Biznesinin rəhbəri, Kadri Özenin Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru, Teymur Tağıyevin isə Aparat rəhbəri təyin edildiyi bəyan edir. Onlar NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarovun rəhbərlik etdiyi idarəetmə komandasına qoşulublar.
Vüqar Səmədli enerji sektorunda 20 illik liderlik təcrübəsinə malikdir. NEQSOL Holding-in Enerji Biznesinin rəhbəri kimi o, holdinq və onun enerji qrupları, Nobel Energy və Nobel Upstream, həmçinin yeni enerji investisiyaları arasında koordinasiyaya nəzarət edəcək. Bununla yanaşı, cənab Səmədli Nobel Energy şirkətinin Baş icraçı direktoru vəzifəsində də fəaliyyətinə davam edəcək.
Kadri Özen NEQSOL Holding-ə qoşulmazdan öncə Niderlandda “Unilever”in çay biznesinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb. NEQSOL Holding-in Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş direktoru kimi cənab Özen qrupun qlobal mövqeləndirməsini və nüfuzunu dəstəkləmək üçün korporativ kommunikasiyalara, dayanıqlılıq strategiyalarına və xarici maraqlı tərəflərlə əlaqələrə rəhbərlik edəcək.
Teymur Tağıyev NEQSOL Holding-in Baş Direktor ofisinə rəhbərlik edəcək. O, transformasiya və rəqəmsallaşma təşəbbüslərini koordinasiya etməklə yanaşı, korporativ dözümlülüyün idarə edilməsinə nəzarət edəcək. Cənab Tağıyev, həmçinin holdinqdə Layihələrin İdarəedilməsi funksiyasına rəhbərlik etməyə davam edəcək.
“Bu təyinatlar bizim strateji mükəmməlliyə və innovasiyaya sadiqliyimizi əks etdirir. Vüqar Səmədlinin təsdiqlənmiş liderliyi və təcrübəsi, Kadri Özenin qlobal kommunikasiya və dayanıqlılıq sahəsində geniş təcrübəsi, Teymur Tağıyevin əməliyyat səmərəliliyi, transformasiya və dayanıqlığın idarə olunmasında çoxşaxəli təcrübəsi bizim davamlı və dayanıqlı inkişafımız üçün təməlimizi gücləndirəcək”, - NEQSOL Holding-in Baş direktoru Yusif Cabbarov bildirib.

Vüqar Səmədli
NEQSOL Holding-in Enerji Biznesinin rəhbəri Vüqar Səmədli enerji sektorunda 20 illik liderlik təcrübəsinə malikdir. Cənab Səmədli peşəkar karyerasına 2003-cü ildə “BP”də başlayıb. O, 2013-cü ildə Nobel Energy-yə qoşulub və 2017-ci ildə şirkətin Baş icraçı direktoru təyin olunub.
Cənab Səmədli yeni vəzifəsində holdinq və onun enerji qrupları, Nobel Energy və Nobel Upstream, eləcə də yeni enerji investisiyaları arasında koordinasiyanı gücləndirəcək. Cənab Səmədli Nobel Energy şirkətinin Baş icraçı direktoru vəzifəsində də fəaliyyətinə davam edəcək.
Cənab Səmədli mexanika mühəndisliyi ixtisası üzrə Orta Doğu Teknik Universitetində (ODTÜ) bakalavr, ABŞ-nin Florida Universitetində magistr təhsili alıb və həmçinin Böyük Britaniyada MBA proqramını bitirib. Cənab Səmədli 2019-cu ildə ölkənin neft və qaz sənayesinə verdiyi töhfələrə görə Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Kadri Özen
Kommunikasiyalar və Dayanıqlılıq üzrə Baş Direktor Kadri Özen ictimaiyyətlə əlaqələr, kommunikasiyalar və dayanıqlılıq strategiyaları sahələrində geniş beynəlxalq liderlik təcrübəsinə malikdir. O, NEQSOL Holding-ə qoşulmazdan əvvəl Niderlandda, qlobal miqyasda ən böyük çay biznesi olan və bu yaxınlarda “Unilever” tərəfindən “CVC Capital Partners”ə satılan “LIPTON Tea and Infusions” şirkətinin Kommunikasiyalar üzrə Baş direktoru vəzifəsində çalışıb.
K.Özen Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ və Niderlandda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), “Coca-Cola”, “Merck Pharmaceuticals” və “Unilever” şirkətlərində yüksək rəhbər vəzifələrdə çalışıb. Cənab Özen karyerasının ilk illərində TRT, CNN World Report, BBC World Service və SHOW TV-də beynəlxalq xəbər müxbiri və aparıcı kimi çalışıb.
Kadri Özen tibb üzrə təhsil alıb, eyni zamanda ABŞ-nin Emory Universitetində MBA dərəcəsini bitirib.
Teymur Tağıyev
NEQSOL Holding-in Aparat rəhbəri Teymur Tağıyev strategiyanın hazırlanması və həyata keçirilməsi, biznesin inkişafı, layihələrin və risklərin idarə edilməsi, komplayens və korporativ məsələlər üzrə 20 ildən çox təcrübəyə malikdir. Cənab Tağıyev Baş direktorun ofisinə rəhbərlik etməklə, transformasiya və rəqəmsallaşma təşəbbüslərini koordinasiya edəcək, korporativ dözümlülüyün idarə edilməsinə nəzarəti həyata keçirəcək.
Teymur Tağıyev Layihələrin İdarəedilməsi ofisinə rəhbərlik etməyə də davam edəcək. Cənab Tağıyev NEQSOL Holding-də 2018-ci ildən çalışır, buna qədər isə bir sıra böyük korporasiyalarda strategiya və layihələrin idarəedilməsi departamentlərinə rəhbərlik edib. O, beynəlxalq hüquq dərəcəsini Bakı Dövlət Universitetində, MBA dərəcəsini isə London City Universitetinin Cass Biznes Məktəbində alıb.
NEQSOL Holding enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sənayeləri üzrə əməliyyatlarda 12 000-dən çox əməkdaşı olan və 10-dan çox ölkədə fəaliyyət göstərən çoxşaxəli beynəlxalq şirkətlər qrupudur. Holdinqin Niderlandda Amsterdam, Azərbaycanda Bakı, Ukraynada Kiyev şəhərlərində 3 ofisi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
3 d. əvvəl
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
PULLU Adam olmaq üçün ilk addımını at ®
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR






.jpg)




.jpg)





