"PASHA Bank Georgia"nın Müşahidə Şurasına yeni sədr təyin edilib
Rövşən Allahverdiyev "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi olan "PASHA Bank Georgia"nın Müşahidə Şurasına yeni sədr təyin edilib.
O bu vəzifədə Fərid Məmmədovu əvəzləyib.
Bundan başqa, Kəmalə Nuriyeva "PASHA Bank Georgia"nın Müşahidə Şurasının üzvü seçilib. O, bu vəzifədə Cəlal Qasımovu əvəzləyib. Bank və biznes idarəçiliyində 27 ildən artıq təcrübəsi olan K.Nuriyeva, həmçinin "PASHA Bank Georgia"nın Risklərin İdarə Edilməsi Komitəsinə üzv təyin edilib.
Bununla da, "PASHA Bank Georgia"nın MŞ-nin üzvlərinin sayı 5-ə çatıb. Digər üzvlər isə Şahin Məmmədov, George Glonti və Ebru Ogan Knottnerusdur.
Xatırladaq ki, "PAŞA Bank Gürcüstan" 2013-cü ildən fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 129 milyon lari (83,85 milyon manat) təşkil edir.
Qeyd edək ki, Rövşən Allahverdiyev karyerasına 1992-ci ildə "Xayal" Kooperativ Bankında aparıcı mütəxəssis kimi başlayıb. Elə həmin il "Qaragayabank Ticarət" Bankında aparıcı mütəxəssis və baş mühasib vəzifəsində çalışıb.
O, 1996-cı ildə "Arkobank" ASC-yə baş mühasibin müavini kimi qoşulub, sonra baş mühasibin müavini və maliyyə direktoru vəzifələrində çalışıb.
2002-ci ildə R. Allahverdiyev "Zamin" Ticarət Bankında Kredit İdarəsinin direktor müavini vəzifəsində işləyib, həmin ildə "Qafqaz İnkişaf Bankı"nda maliyyə-kredit şöbəsinin müavini vəzifəsinə təyin edilib.
2003-2006-cı illər arasında "Texnikabank"da, 2003-2007-ci illər arasında “Kapital Bank”da filial meneceri, 2007-2013-cü illər arasında "Paşa Bank" ASC-də baş direktorun müavini kimi çalışıb.
2013-2023-cü illərdə "Kapital Bank" ASC-də İcraiyyə Komitəsinin sədri və CEO kimi fəaliyyət göstərib.
Bu il mayın 5-dən “Pasha Holdinq” MMC-də CEO-nun müavini və Korporativ Bankçılıq və Sığorta direktoru vəzifəsinə təyin edilib. "PAŞA Qrup"a daxil olan şirkətlərdə MŞ-da üzv və digər vəzifələrdə çalışıb.
Bankçılıq və biznes rəhbərliyində 31 illik təcrübəsi var.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)



