"Bank VTB Azərbaycan" necə oldu mənfəətə çıxdı?
“Bank VTB Azərbaycan” ASC 2017-ci ilin birinci yarısını 3 milyon 914 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” xəbər verir ki, ötən illər böyük zərərlər etmiş bankın bu il mənfəətə çıxması diqqəti cəlb edir. Belə ki, ölkədə əməliyyat mühiti dəyişməyib, kreditlərə tələb azalmaqda davam edir və s.
Bankın yarımillik hesabatından məlum olur ki, VTB Azərbaycan ehtiyatlarının bir hissəsinin azad olması hesbaına xalis mənfəətə çıxıb. Belə ki, bank əvvəlki illər gəlirinin böyük hissəsini geri qaytarılması riski yüksək olan kreditlərə görə ehtiyata yönəltmişdi. Bu il həmin ehtiyatların bir hissəsi mənfəətə əlavə edilib. Bu əməliyyat, “VTB Azərbaycan”da problemli kreditlərin azaldığına işarə edir.
Bank yanvar-iyun dövründə faiz və qeyri faiz əməliyyatları üzrə zərər edib. 8,9 milyon manatlıq faiz gəlirinə qarşı xərc 15,5 milyon manat, 6,4 milyon manat qeyri-faiz gəlirinə qarşı xərc 8,6 milyon manat təşkil edib. Nəticədə Bankın 8,8 milyon manatlıq əməliyyat zərəri yaranıb. Lakin ehtiyatların 12,7 milyon manatı azad edildiyindən əməliyyat zərəri bağlanıb, 822 min manatlıq mənfəət vergisi də ödənilib.
Rusiyanın "VTB Group"u Azərbaycanda törəmə bankda “AtaHolding”in payını alacağı gözlənilir. Bu əməliyyat baş tutarsa "VTB Bank (Azərbaycan)"ın səhmləri 100% Rusiya qrupuna məxsus olacaq.
Hazırda "Bank VTB (Azərbaycan)" ASC-nin səhmlərinin 51.0%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48.99% və 0.01% – Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.
Mənfəət və zərər hesabatı
II rub 2017 | |
| İlin əvvəlindən hesabat tarixinə qədər |
Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi | 8 930,29 |
Faizlər və onlara bağlı xərclər, cəmi | 15 482,85 |
Xalis faiz mənfəəti (zərəri) | - 6 552,56 |
Qeyri-faiz gəlirləri, cəmi | 6 418,44 |
Qeyri-faiz xərcləri, cəmi | 8 653,18 |
Xalis əməliyyat mənfəəti (zərəri) | - 8 787,30 |
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər) | - 12 701,66 |
Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərər) | 3 914,36 |
Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərər), cəmi |
|
Vergilər ödənilənədək xalis mənfəət (zərər) | 3 914,36 |
Mənfəətdən ödənilən vergilər | 822,59 |
Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) | 3 091,77 |
Balans hesabatı
| II RUB 2017 |
Nağd vəsaitlər | 12 460,53 |
Nostro hesablar (Mərkəzi Bank və digər banklardakı müxbir hesablar) | 48 520,41 |
Banklara verilmiş kreditlər | 7 489,24 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi | 5 000,00 |
Qiymətli kağızlara investisiyalar |
|
Kredit portfeli (müştərilərə verilmiş kreditlər - məqsədli ehtiyatlar çıxılmaqla) | 291 556,33 |
Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər | 1 755,38 |
Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi |
|
Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər | 1 758,43 |
Digər aktivlər | 36 445,98 |
CƏMİ AKTİVLƏR | 404 986,30 |
ÖHDƏLİKLƏR | |
Depozitlər | 36 206,92 |
AMB-nın banka qarşı tələbləri, cəmi | 30 000,00 |
Digər bankların tələbləri (“Loro" hesabları), cəmi | 222,49 |
Banklar və digər maliyyə institutlarının kreditləri | 154 911,32 |
Bankların depozitləri | 133 466,10 |
Digər maliyyə müəssisələrinin (banklardan başqa) depozitləri, cəmi | 7 883,93 |
Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri |
|
Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla) |
|
Digər passivlər | 3 764,73 |
CƏMİ ÖHDƏLİKLƏR | 366 455,49 |
KAPİTAL | |
Xüsusi kapital, cəmi | 38 034,54 |
a) dövriyyədə olan adi səhmlər | 50 815,00 |
b) dövriyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla) |
|
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq |
|
d) bölüşdürüməmiş xalis mənfəət (zərər), cəmi | - 12 780,46 |
Ümumi ehtiyatlar, cəmi | 96,28 |
Cəmi kapital | 38 530,81 |
CƏMİ ÖHDƏLİKLƏR VƏ KAPİTAL | 404 986,30 |
Kapitalın strukturu
| II rüb 2017 |
|
|
I dərəcəli kapital : | 34 942,77 |
Adi səhmlər | 50 815,00 |
Keçmiş illərin mənfəət/zərəri | -15 872,23 |
Cari ilin zərəri | - |
I dərəcəli kapitaldan tutulmalar | 1 758,43 |
Tutulmalardan sonra I dərəcəli kapital | 33 184,34 |
II dərəcəli kapital : |
|
Ümumi ehtiyatlar | 496,28 |
Cari ilin mənfəət | 3 091,77 |
Kapitalın digər vəsaitələri | 14 154,75 |
II dərəcəli kapitalın cəmi | 17 742,79 |
Məcmu kapital | 50 927,13 |
Risk dərəcəsi üzrə ölçülmuş aktivlər | 93 523,04 |
30.06.2017 | |
Kredit portfelinin regionlar üzrə bölgüsü | |
Regionlar | Kreditlər |
Məbləğ, | |
Abşeron | 323 163,3 |
Quba-Xaçmaz | - |
Dağlıq Şirvan | - |
Şəki-Zaqatala | - |
Aran | - |
Gəncə-Qazax | - |
Yuxarı-Qarabağ | - |
Kəlbəcər-Laçın | - |
Lənkaran | - |
Naxçıvan | - |
CƏMİ | 323 163,3 |
Kredit portfelinin iqtisadi sektorlar üzrə bölgüsü | |
Sektorlar | Kreditlər |
Məbləğ, | |
Sənaye | 47 747,0 |
Ticarət və xidmət | 150 055,5 |
Digər | 2 612,5 |
Istehlak kreditləri (fiziki şəxslərə verilmiş kreditlər) | 122 748,3 |
CƏMİ | 323 163,3 |
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 d. əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
43 d. əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
-
- 59 d. əvvəl
-
5 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 6 saat əvvəl
-
6 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
12 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Ən çox oxunanlar
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari




















