Mebel sahəsində yeni standart qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Avropa standartı əsasında AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartı qəbul edilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, ölkədə mebel sənayesinin inkişafı, bu sahədə istehsal olunan məhsulların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsi, ixrac məhsullarının çeşidinin və rəqabətqabiliyyətinin artırılması, sahibkarların dəstəklənməsi, istehlakçıların tələb və gözləntilərinin təmin edilməsi üçün mebel sənayesi üzrə müasir standartların qəbul edilməsinə zərurət yaranıb.
Standart məişətdə istifadə olunan qatlanan çarpayıların təhlükəsizliyinə və möhkəmliyinə dair tələbləri müəyyən edir. Həmçinin müvafiq hallarda divar bərkidicilərinin möhkəmliyi tələblərini də əhatə edir.
“Furniture - Foldaway beds - Safety requirements and testing - Part 1: Safety requirements” Avropa standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS EN 1129-1:2023 “Mebel - Qatlanan çarpayılar - Təhlükəsizlik tələbləri və sınaqlar - 1-ci hissə: Təhlükəsizlik tələbləri” dövlət standartının layihəsi Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyinin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu ilə rəsmi qaydada razılaşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























