AYNA-dan daha bir yenilik: “1000 yeni avtobus sürücüsü” layihəsi
Nəqliyyat sisteminin idarəedilməsində müasir çağırışlardan olan dayanıqlı şəhər mobilliyi özündə avtomobillərlə hərəkət prioritetindən ictimai nəqliyyata və mikromobillik vasitələrinə keçidi birləşdirir. Bu yanaşmanın faydaları iqtisadi aktivlik, həyat keyfiyyəti, yol hərəkətinin təhlükəsizliyi, tıxacların azaldılması, ətraf mühit və şəhərin ümumi uğuru baxımından böyükdür. Aparılan təhlillər də hazırda paytaxtda müşahidə olunan nəqliyyat problemlərinin alternativsiz həll yolunun məhz ictimai nəqliyyatın nizamlı fəaliyyəti ilə birbaşa bağlı olduğunu göstərir.
Lakin koronavirus pandemiyasından sonra ictimai nəqliyyatın iş ahəngi pozulub. Pandemiyanın yaratdığı mənfi amillər ictimai nəqliyyatda kadr potensialına da təsirsiz ötüşməyib. Avtobusların nizamlı fəaliyyəti dayanıb. Həmin avtobusları istifadəyə qaytarmaq, əmək bazarına töhfə vermək, sürücülərin bacarıqlarını artırmaq, təhlükəsizliyi təmin etmək və vətəndaş məmnuniyyətini artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “1000 yeni avtobus sürücüsü” layihəsinə başlanılıb.
B, Agentliyin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi və işəgötürənlərlə görüş keçirilib, mövcud vəziyyət təhlil edilib. Layihə çərçivəsində ictimai nəqliyyat sektoru üçün 1000 sürücü ilə təlimin təşkili nəzərdə tutulub. Daşıyıcı şirkətlərlə danışıqlar aparılıb və təlimləri uğurla başa vuracaq sürücülər üçün 700 iş yeri barədə razılıq əldə edilib.
Təlimdən yararlanmaq üçün müvafiq sürücülük kateqoriyasına malik olan şəxslər müraciət edə bilərlər. İştirakçılara avtobusların idarə edilməsi, təhlükəsizlik tədbirləri və sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi mövzuları aşılanacaq. Praktiki məşğələlər isə mürəkkəb şəraitdə avtobusları idarə etmək təcrübəsinin inkişaf etdirilməsinə imkan verəcək. İştirakçılar avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində normativ hüquqi aktlar, sürücülərə və avtobuslara dair ümumi tələblər, davranış mədəniyyəti və hərəkət təhlükəsizliyi kimi mövzularda biliklər əldə edəcəklər. Həmçinin onların psixoloji vəziyyəti və stressin öhdəsindən gəlmək bacarıqları təkmilləşdiriləcək. Simulyasiyalar iş yerində təhlükəsizlik protokollarına riayət etməyi təşviq etmək və onlara müxtəlif fövqəladə vəziyyət ssenarilərində necə hərəkət etməyi öyrətmək üçün aparılacaq.
Hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçiriləcək. Hazırlığı müvəffəqiyyətlə bitirənlərə etibarlılıq müddəti 5 il olan şəhadətnamə təqdim ediləcək.
Təlimlərdə iştirak etmək istəyənlər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 56 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)










.jpg)







