SOCAR İstiqrazları üzrə 7-ci kupon ödənişi edildi
“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5% olan və faiz gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 avqust tarixində baş tutub.
Bakı Fond Birjasında yerləşdirildiyi tarixdən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilən SOCAR İstiqrazları 7-ci kupon ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 125 min ABŞ dolları məbləğində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 7 milyon 875 min ABŞ dollarına yüksəlib (5 ilin yekununda toplam gəlir 22,5 milyon ABŞ dolları təşkil edəcək.)
21 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin 35 milyon ABŞ dollarını üstələməsi və bağlanmış əqd sayının 520-ni ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricisidir.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Azərbaycandakı lisenziyalı bütün investisiya şirkətlərindən əldə edilməsi mümkün olan SOCAR İstqirazları yüksək likvidliyə malikdir və qiyməti heç vaxt nominal dəyərindən (1000 ABŞ dolları) aşağı düşməyib.
SOCAR İstiqrazlarının növbəti kupon ödənişi 1 noyabr 2023-cü il tarixində baş tutacaq.
Qeyd etmək istərdik ki, SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1–5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb–saytlardan əldə edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
48 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir



















.jpg)




