Biləsuvarda KOB dostu ofisi fəaliyyətə başlayıb
Biləsuvarda fəaliyyətə başlayan KOB dostu rayonda biznesin inkişafına, yeni KOB-ların yaranmasına, sahibkarların investisiya təşəbbüslərinin reallaşdırılmasına və maraqlarının müdafiəsinə dəstək göstərəcək.Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu şəbəkəsinin fəaliyyəti genişlənməkdə davam edir. Şirvan-Salyan iqtisadi rayonu üzrə sayca 3-cü KOB dostu ofisi Biləsuvar rayonunda fəaliyyətə başlayıb.
KOBİA və Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan-Salyan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşdə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib.
Görüşdə Biləsuvar rayonunda fəaliyyət göstərən müvafiq dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB dostu mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, hazırda ölkənin 42 şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostu Biləsuvarda biznesə başlamaq istəyən potensial sahibkarlara və mövcud bizneslərə dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentliyin xidmətləri çərçivəsində zəruri dəstəyi təmin edəcək. KOB dostu rayonda yeni biznes subyektlərinin yaranması, sahibkarların qanuni maraqlarının müdafiəsi və onların investisiya təşəbbüslərinin reallaşdırılması istiqamətində müvafiq tədbirlər görəcək. KOBİA sədri mikro, kiçik və orta biznes subyektlərini KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışaraq, KOB dostunun fəaliyyətinin rayonda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni bizneslərin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.
Tədbirdə həmçinin, KOB dostu mexanizmi, KOBİA-nın mikro və kiçik sahibkarlara göstərdiyi dəstək barədə filmlər nümayiş olunub, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Sonra tədbir iştirakçıları Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində yerləşən KOB dostu ofisində sahibkarlara dəstək və xidmətlərin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olublar.
Biləsuvara səfər çərçivəsində KOBİA nümayəndələri “EMA” MMC-yə məxsus bitkilər üçün dərman vasitələrinin hazırlanması, bu sahədə xidmət və satış ilə məşğul olan müəssisədə də olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























