“Agro Dairy” şirkəti hansı torpaqları bərpa edir? - FOTO
Kənd təsərrüfatı sahəsi ölkəmiz üçün önəm kəsb edən istiqamətlərdəndir. Son zamanlar bu mövzuya diqqət daha da artıb. Bəs şirkətlər, xüsusən də kənd təsərrüfatı üzrə çalışan şirkətlər, bu sahəyə töhfə vermək məqsədilə nə edirlər?
Bu suala cavab tapmaq məqsədilə “Agro Dairy” şirkətinə üz tutduq. “Agro Dairy” şirkəti ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və müvafiq dövlət proqramlarının icrası zərurətindən irəli gələrək 2014-cü ilin sonlarında yaradılmışdır. Şirkətin önəm verdiyi istiqamətlərdən biri uzun müddət istifadəsiz və əkinə yararsız torpaqları canlandırmaqdır.
Hazırda şirkət əkin üçün yararsız torpaqların əkin dövriyyəsinə cəlb edilməsi, eləcə də yararsız torpaqların yaxşılaşdırılması, intensiv, innovativ və kreativ bitkiçilik texnologiyalarının, müasir suvarmanın real tətbiqi ilə əldə etdiyi uğurlarla sektorda əsaslı fərq yaratmağa çalışır.
Belə ki, “Agro Dairy”dən daxil olan məlumata əsasən, şirkət Samux rayonunun Qaraağaclı kəndi ərazisində sahəsi 3 min, Tovuz rayonunun Ceyrançöl ərazisində 7 min, Padarçöl (Hacıqabul, Şamaxı) ərazisində 7 min hektardan artıq sahədə kənd təsərrüfatına yararsız torpaqların yaxşılaşdırılması üzrə işləri davam etdirir. Eyni zamanda, “Agro Dairy” buğda, arpa, qarğıdalı, şəkər çuğunduru və digər bitkilərin istehsalında yüksək məhsuldarlıq və yüksək keyfiyyətə nail olmuş və bu sahədə daha yüksək göstəriciləri hədəfləmişdir.
Şirkətin rəhbərliyindən bildirilib ki, “Agro Dairy”nin istifadəsində olan ərazilərin son bir neçə il ərzində çəkilmiş şəkillərinə nəzər salmaqla bu ərazilərdə baş vermiş dəyişiklikləri də aydın şəkildə görmək mümkündür. Bundan əlavə, şirkətin icraçı direktoru cənab Niyazi Əmirbəyov qeyd edib ki, hazırda şirkətin önəm verdiyi əsas məsələlərdən biri də istifadə edilən torpaqlarda innovativ avtomatlaşdırılmış suvarma sistemlərinin tətbiqidir ki, bu sistemlər su ehtiyatlarını rasional istifadə etməyə imkan verir.
“İstənilən nöqtədən, o cümlədən mobil telefonla suvarmanı idarə etmək mümkün olur, suvarma tez başa çatır, suya 40% qənaət edilir, suvarma zamanı torpaq eroziyasının qarşısı alınır, su axını avtomatik rejimdə tənzimlənir və beləcə hər sahə yalnız tələb olunan həcmdə su qəbul edir” – Niyazi Əmirbəyov bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 d. əvvəl
Azərbaycan-Gürcüstan sərhədində gömrük prosedurlarının sadələşdirilməsi müzakirə olunub
-
6 d. əvvəl
Bakı limanında “mafiya filmi” ssenarisi - 3 milyonu aradan çıxardılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Şamaxı–Qobustan neftli-qazlı sahə ilə bağlı saziş imzalandı - Macarıstan şirkəti 65%, SOCAR isə 35% paya malikdir
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Ən çox oxunanlar
Dekabrın 18-də gözlənilən hava şəraiti
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO

















.jpg)



.jpg)


