Azərbaycanın mebel şirkətinin gəlirləri 2 dəfədən çox artıb
"Savalan" ASC 2022-ci ili 127 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə Şirkət nə mənfəət, nə də zərər etmişdi.
Marja.az xəbər verir ki, "Savalan" ASC-nin satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2021-ci ildə 286 min manat ikən, 2022-ci ildə 614 min manata yüksəlib. Beləliklə, ötən il Şirkətin satışdan gəliri 2 dəfədən çox artıb
31 dekabr 2022-ci il tarixində "Savalan" ASC 1 milyon 781 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 1 milyon 632 min manat cəmi aktivlərə malik idi.
1998-ci ildə dövlət qeydiyyatına alınmış və 2 milyon 416 min 824 manat nizamnamə kapitalına malik olan "Savalan" ASC-nin direktoru Əzizağa Zeynalovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci önünə, ev 19-dur.
Qeyd edək ki, keçmiş “Azərmebelsənaye” Dövlət Konserninin tabeliyində olan Bakı şəhəri, Nizami rayonu, 1-ci Önünə küçəsi, 19 ünvanında yerləşən Bakı “Savalan” mebel fabrikinin əsasında “Savalan” Açıq Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























