ABŞ-da inflyasiya son 2 ilin ən aşağı səviyyəsinə düşüb
ABŞ-da iyun ayı inflyasiya məlumatları açıqlanıb. Məlumatlar ölkədə illik inflyasiyanın 2021-ci ilin martından bəri ən aşağı səviyyəyə düşdüyünü göstərib.ABŞ-da istehlak qiymətlərindəki enmə tendensiyası iyun ayında da davam edib.
Marja xəbər verir ki, İyun ayında ölkədə istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu artımın 3,1 faiz olacağı idi.
Aylıq müqayisədə istehlak qiymətləri indeksi 0,2 faiz artıb. Bu məlumat üçün proqnoz 0,3% artım idi.
İyun ayında ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri (baza inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8% artıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçılar illik baza inflyasiyanın 5 faiz olacağını gözləyirdilər.
Aylıq baza inflyasiya da 0,2 faiz olaraq qeydə alınıb.
İnflyasiya məlumatlarından sonra, FED-in sentyabr iclasında faiz dərəcələrini 25 bənd artıracağı ehtimalı 25 faizdən 16 faizə düşüb.
Rusiyanın Ukraynaya hücumundan sonra enerji qiymətləri əhəmiyyətli dərəcədə artdığından bir çox məhsullar bahalaşmışdır.
Məlumatlar bir il əvvəl inflyasiyanın pik həddinə çatmasından bəri qiymət təzyiqlərinin azaldılmasında irəliləyiş əldə edildiyini, bir ildən çox müddətdə artırılan faizlərin tələbin azalmasına kömək etdiyini vurğulayır. Buna baxmayaraq, inflyasiya səviyyəsi FED-in hədəfindən (2%) xeyli yüksək olaraq qalır və 25-26 iyul iclasında faiz dərəcələrini artırmağa davam edəcəyi gözlənilir.
Bir sıra FED rəsmiləri bu aykı iclasda mümkün faiz artımına işarə etsələr də, istehsalçı qiymətləri, inflyasiya gözləntiləri və pərakəndə satışlarla bağlı gələcək məlumatları da nəzərdən keçirəcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
20 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 22 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub



















.jpg)




