Dövlət Xidməti 23 tikinti şirkəti barədə materialları Baş Prokurorluğa göndərdi - SAYĞAC PULU MƏSƏLƏSİ BÖYÜYÜR
Çoxmənzilli yaşayış binaların tikintisini həyata keçirən 23 şirkət barədə materiallar Baş Prokurorluğa göndərilib.Son dövrlərdə çoxmənzilli yaşayış binalarının tikintisini həyata keçirən şəxslərin (mənzil-tikinti kooperativləri, məhdud məsuliyyətli cəmiyyətlər və digərləri) mənzillərdə sayğac quraşdırılmasına görə mülkiyyətçilərdən ödəniş tələb etməsi halları barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayında artım müşahidə edilir.
Dövlət Xidmətindən Marja-ya daxil olmuş məlumata görə, müraciətlər araşdırılan zaman şikayət və ərizələrdə mənzil-tikinti kooperativləri (MTK) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) ilə alıcılar arasında bağlanmış müqavilələrdə qanunvericiliyin tələblərinə zidd olaraq mənzillərin su, elektrik və qaz sayğacları ilə təchiz edilməsi və onların quraşdırılmasına dair ödənişlər barədə tələblərin yer alması müəyyən edilib.
Mövcud qanunvericiliyə əsasən, əhali üçün su, elektrik və qaz sayğaclarının təchiz edilməsi və quraşdırılması təchizatçılar tərəfindən, təchizatçıların vəsaiti hesabına həyata keçirilməlidir. Eyni zamanda, təchizatçılar və üçüncü şəxslər tərəfindən sayğacın dəyəri tələb edilə bilməz.
Qeyd olunan fəaliyyəti həyata keçirən vəzifəli şəxslərin əməllərində dələduzluq, vəzifədən sui-istifadə və istehlakçıları aldatma hallarının əlamətləri olduğundan Dövlət Xidmətinə iyun ayı ərzində 15 MTK və 8 MMC barəsində daxil olmuş 29 vətəndaş müraciəti hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)



