Azərbaycan şirkəti Avropa ölkəsində 77,6 milyard manat gəlir əldə edib
2022-ci ildə SOCAR 119 milyard 228 milyon manat cəmi gəlirinin (dövriyyəsinin) 77 milyard 647 milyon manatını İsveçrədə, 24 milyard 268 milyon manatını Türkiyədə, 11 milyard 71 milyon manatını Azərbaycanda, 1 milyard 897 milyon manatını Birləşmiş Ərəb Əmirliklərində, 1 milyard 625 milyon manatını Gürcüstanda və 2 milyard 720 milyon manatını digər ölkələrdə əldə edib.
Marja.az Azərbaycanın ən böyük şirkəti olan SOCARı-ın 31 dekabr 2022-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş hesabatına istinadən xəbər verir ki, ötən il Şirkətin İsveçrədə gəlirləri 33 milyard 22 milyon manat və ya 74%, Türkiyədə 6 milyard 701 milyon manat və ya 38%, Azərbaycanda 3 milyard 267 milyon manat və ya 41,8%, Gürcüstanda 385 milyon manat və ya 31% artıb, Birləşmiş Ərəb Əmirliklərində 1 milyard 40 milyon manat və ya 54,8%, digər ölkələrdə isə 638 milyon manat və ya 19% azalıb.
SOCAR cəmi gəlirlərinin 65%-ni İsveçrədə, 85,5%-ni İsveçrə və Türkiyədə, 95%-ni isə İsveçrə, Türkiyə və Azərbaycanda əldə edib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 13 sentyabr 1992-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılmış və Azərbaycan Respublikasında fəaliyyət göstərir. SOCAR hasilat, nəql və emal əməliyyatları ilə məşğul olur. SOCAR-ın əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir. SOCAR 100 faiz Azərbaycan Respublikasına məxsusdur.
Hesabatla bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)




