Dövlət satınalmalarına dair elan yeni qaydada veriləcək
Təkliflərin cəlb edilməsi barədə elan verilməsi (dəvət göndərilməsi) qaydası müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, təkliflərin cəlb edilməsi barədə elanda bu Qanunda qeyd olunan məlumatlar və satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri göstərilir. Təkliflərin cəlb edilməsi barədə elan təkliflərin açılması günündən azı aşağıdakı müddətlərdən əvvəl portalda dərc edilir:
- açıq tender metodu üzrə – ehtimal olunan qiymət 1 000 000 manatadək olduqda 15 (on beş) iş günü, 1 000 000 manatdan 10 000 000 manatadək olduqda 20 (iyirmi) iş günü, 10 000 000 manat və ondan çox olduqda 30 (otuz) iş günü;
-. iki mərhələli tender metodu üzrə (birinci mərhələnin təkliflərinə münasibətdə) – 40 (qırx) iş günü;
-. kotirovka sorğusu metodu üzrə – 10 (on) iş günü.
İki mərhələli tender metodunun ikinci mərhələsi üzrə təkliflərin cəlb edilməsi barədə dəvətin göndərilməsi bu Qanuna uyğun həyata keçirilir.
Qapalı tender metodu üzrə təkliflərin cəlb edilməsi barədə dəvətin göndərilməsi bu Qanunda qeyd olunan məbləğlərə uyğun müddətlərdə həyata keçirilir.
Bir mənbədən satınalma metodu üzrə təkliflərin cəlb edilməsi barədə dəvətin göndərilməsi müddəti satınalma komissiyasının mülahizəsinə əsasən müəyyən edilir.
Satınalma komissiyası bu Qanunda qeyd olunan elanı verməklə yanaşı, müvafiq təchizatçılara bununla bağlı dəvət göndərə, habelə beynəlxalq miqyasda yayılan mediada elan dərc edə bilər.
Yuxarıda qeyd edilən tələblərdən asılı olmayaraq, satınalma predmeti yalnız məhdud sayda təchizatçılarda mövcud olduğu halda, satınalma komissiyası bu Qanunda qeyd olunan elanı verməklə yanaşı, həmin təchizatçılara bununla bağlı dəvət göndərməlidir.
Dəvətdə yalnız bu Qanuna əsasən elanda göstərilməli olan məlumatlar əks etdirilir.
Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, Açıq tenderin keçirilməsi barədə elan tender zərflərinin açılması günündən azı 30 bank günü, ikinci dəfə isə azı 20 bank günü əvvəl, respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan mediada, habelə rəsmi internet saytında verilməlidir. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü, kotirovka sorğusunun keçirilməsi barədə elan isə kotirovkaların qiymətləndiriləcəyi gündən azı 10 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur. İkimərhələli tenderin elanı respublikanın dövlət qəzetlərində və beynəlxalq miqyasda yayılan mediada, habelə rəsmi internet saytında, tender zərflərinin açılması günündən azı 60 bank günü, ikinci dəfə isə azı 40 bank günü əvvəl verilməlidir. Satınalan təşkilat elan verməklə yanaşı, malgöndərənlərə (podratçılara) satınalmada iştirak üçün fərdi dəvət göndərə bilər. Satınalmaların digər metodlarında təkliflərin və ofertaların cəlb olunması üçün tender komissiyası tərəfindən kifayət qədər sayda (üçdən az olmamaq şərti ilə) potensial malgöndərənlərin (podratçıların) siyahısı tərtib edilir və onlara fərdi dəvət göndərilir.
Müştərilərin xəbərləri
AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 23 saat sonra
-
- 5 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
2 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
-
3 saat əvvəl
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
-
3 saat əvvəl
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
-
3 saat əvvəl
İyunun 30-nun hava proqnozu - yağış yağacağı, şimal-qərb küləyi əsəcəyi gözlənilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
Ən çox oxunanlar
"AzQR ödənişlərinin sayı 30 dəfədən çox artıb"
"İnternet provaydeləri yüksəksürətli paketləri daha münasib etməsələr, ölkədə internet “boğulmaqda” davam edəcək"
"Bank olmaq istəməyən fintex, fintex deyil"




























