“İrandan ölkəmizə qaçaq yolla sağlamlıq üçün təhlükəli qabyuyan maye gətirilir” - Video
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə ölkəmizə, İran İslam Respublikasından qeyri-qanuni yollarla, insan orqanizmi üçün təhlükə təşkil edən qabyuyan mayelərin gətirilməsi ilə bağlı paylaşım edib.
Üzərində Azərbaycan dilində heç bir qeydin yer almadığı məhsulun məlumatları fars dilindədir.
Eyyub Hüseynov qaçaq yol ilə idxal edilən bu qabyuyan mayenin ucuz qiyməti ilə istehlakçıların diqqətini cəlb etdiyini, lakin bir müddət istifadədən sonra çox ağır və xoşagəlməz hallara gətirə biləcəyini qeyd edib. Ekspert qaçaqmalçılıq yolu ilə bazara çıxarılan məhsulun dövlət orqanları tərəfindən nəzarətdən keçirilmədiyini və bu səbəbdən tərkibinin çox təhlükəli olduğunu qeyd edib.
Həmçinin ekspert, adıçəkilən qabyuyan mayenin Bakıda, Sumqayıtda, Cənub Bölgəsində, Şimal Bölgəsində və Astarada toptansatış nöqtələrində satıldığını da bildirib.
Bu məhsul Eyyub Hüseynovun verdiyi məlumata görə, insanlarının sağlamlığı ilə bərabər ətraf mühit üçün də olduqca təhlükəlidir. Belə ki, məhsulun tərkibi və göstəriciləri məlum olmadığı üçün təbiətdə parçalanma müddəti də naməlumdur ki, məişət sularına qarışdıqdan sonra təbiətə axıdılarkən ekologiyaya da ciddi zərər verə bilər. Ölkəmizə gətirilən bu qabyuyan maye insan dərisi üçün olduqca təhlükəli ola bilər. Bu halla bağlı ekspert dövlət qurumları və ictimaiyyətə videomüraciət də ünvanlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 19 d. əvvəl
- 22 d. əvvəl
- 23 d. əvvəl
- 12 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu












.jpg)






