"Xan" çökür - ARTIQ ZƏRƏR İLƏ İŞLƏYİR
Araq, konyak, şampan istehsal edən və "Xan" brendi ilə məşhur olan “Göygöl Şərab Zavodu” ASC şirkəti 2022-ci ili 789 min manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 208 min manat xalis mənfəət ilə bağlamışdı.
Xatırladaq ki, “Göygöl Şərab Zavodu” ASC 2020-ci ili 1 milyon 427 min 309 manat xalis mənfəət ilə bağlamışdı. 2020-ci illə müqayisədə 2021-ci ildə “Göygöl Şərab Zavodu”nun xalis mənfəəti 7 dəfəyə yaxın azalmışdı.
Marja.az xəbər verir ki, “Göygöl Şərab Zavodu” ASC-nin satışdan gəlirləri 2021-ci ildə 16 milyon 619 min manat ikən, 2022-ci ildə 15 milyon 52 min manata düşüb.
2020-ci ildə “Göygöl Şərab Zavodu”nun satışdan gəlirləri 20 milyon 832 min manat təşkil etmişdi.
“Göygöl Şərab” ASC Azərbaycanın qocaman malik şərab, konyak, şampan, və vodka istehsal edən müəssisəsidir. Zavod əsasən “Xan”, “Göygöl”, “Karabakh” markaları ilə şərablar istehsal edir.
“Göygöl Şərab Zavodu” ASC 16 sentyabr 2005-cı il tarixindən səhmdar cəmiyyət kimi fəaliyyət göstərir. Əsas səhmdarı 99.88% payla “Vinagro” MMC-dir. “Vinagro” MMC-nin təsisçisi nizamnamə kapitalında 100% payla Həsənov Rafiq Həsən oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





