Lada X-Cross 5 şəhər krossoverinin istehsalı başladı - QİYMƏT
İyunun 17-də Sankt-Peterburqdakı keçmiş Nissan zavodunda "AvtoVaz" tərəfindən Lada X-Cross 5 avtomobilinin ("C" sinfi krossover) istehsalına başlanılıb.
Marja.az xəbər verir ki, avtomobillərin satışına 2023-cü ilin 3-cü rübündə başlanılması planlaşdırılıb. Bu barədə Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin bəyanatında deyilir.
Lada X-Cross 5 modeli 160 at gücündə turbomühərrik və 7 pilləli avtomatik transmissiya ilə təchiz edilmiş öndən çəkən şəhər krossoveridir.
"AvtoVAZ" 2027-ci ilə qədər Sankt-Peterburqdakı zavodda ildə 100 mindən çox "Lada" avtomobili istehsal edəcək.
Fevralın əvvəlində AvtoVAZ şirkəti Nissan-ın Sankt-Peterburqdakı aktivlərini simvolik qiymətə alıb.
AvtoVAZ-ın yeni Lada X-Cross 5 modeli avtomobilin konfiqurasiyasından asılı olaraq orta hesabla 2,5 milyon rubla qədər (cari məzənnə ilə 51 min manatadək) başa gələcək. Bunu AvtoVAZ-ın şirkətinin prezidenti Maksim Sokolov bildirib.
"Qiymət kifayət qədər adekvatdır: biz hələ dilerlərimizi istiqamətləndirməmişik, biz buna yayın sonunda başlayacağıq. Amma orta hesabla qiymət bu qədər olacaq: avtomobilin konfiqurasiyasından asılı olaraq 2,5 milyon rubl”, - o bildirib.
Lada X-Cross 5 krossoveri Çinin avtomobil markası FAW-ın Bestune T77 modelinin yenidən tərtib edilmiş versiyasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
7 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi






















