"İctimai nəqliyyat istiqamətində də işlər görüləcək"
Hazırda nəqliyyat sahəsində olan problemlərin həlli istiqamətində Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi xüsusi araşdırmalar aparır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
"Bu gün təqdim edilən qanun layihəsi yalnız bu günə müəyyənləşdirilən 60 təşəbbüsdən biridir. Yəni elə anlaşılmasın ki, biz bütün problemlərin həllini bu qanunun qəbul edilməsində görürük. Bu qanunla bağlı başlıca məqsəd əhalinin hüquqlarının qorunmasıdır. Eyni zamanda sahibkarlıq fəaliyyəti ilə bağlı hansısa problemin yaradılması müzakirə olunmur", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, bəzən vahid taksi xidmətinin yaradılması barədə fikirlər səsləndirilir: "Qeyd edim ki, nə qanun layihəsi, nə də nazirliyin planlarında belə bir fikir yoxdur. Eyni zamanda Milli Məclisdə hava limannda qanunsuz taksi daşımaları məsələsi qeyd edildi. Artıq bu daşımaların qarşısı alınır. Ümumiyyətlə ölkədə ictimai nəqliyyatın genişləndirilməsi ilə bağlı problem var və ictimai nəqliyyatda xidmət keyfiyyətinin artırılmasına daha çox diqqətin ayrılmasına ehtiyac var. Bu istiqamətdə də işlər görüləcək. Bu problemin dərindən həll edilməsi üçün bu yaxınlarda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb"
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi "Avtomobil nəqliyyatı haqqında", "Yol hərəkəti haqqında", "Dövlət rüsumu haqqında" qanunlara edilən dəyişikliklər layihəsində nəzərdə tutulur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 45 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
ABŞ-İran danışıqları dalana dirənib, neft daha da bahalaşıb
Rəsmi məzənnələr açıqlandı
İrandan ABŞ-a yeni təklif
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
Ən çox oxunanlar
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)








