Azərbaycanda elektrik enerjisi istehsalı 5,6 faiz artıb
2023-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, 5 ay ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 629,3 mln. kVt·st, yəni 5,6 % artaraq 11 886,5 mln. kVt·st olub.
Bu barədə Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, hesabat dövründə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-may aylarına nisbətən İES-lərdə 728,8 mln. kVt·st artaraq 11 055,1 mln. kVt·st, SES-lərdə 96,5 mln. kVt·st azalaraq 672,3 mln. kVt·st, digər mənbələr üzrə isə 3,0 mln. kVt·st azalaraq 159,1 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 26,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 25,4 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 107,3 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 667,4 mln. kVt·st (İES-lərdə 10 054,4 mln. kVt·st, SES-lərdə 623,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 176,0 mln. kVt·st (İES-lərdə 108,9 mln. kVt·st, SES-lərdə 43,9 mln. kVt·st, Günəş ES-də 23,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,3 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1022,8 mln. kVt·st təşkil edib.
2023-cü ilin 5 ayı üzrə elektrik enerjisinin idxalı 50,3 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,0 mln. kVt·st azalıb, ixrac isə 1 253,7 mln. kVt·st olmaqla, 2022-ci ilin müvafiq dövrünə nisbətən 715,7 mln. kVt·st artıb.
Qeyd edək ki, cari ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,9 mln. kVt·st və ya 1,4 % artaraq 2034,3 mln. kVt·st olub. May ayında elektrik enerjisinin idxalı 9,2 mln. kVt·st, ixrac isə 9,5 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





