Artıq 119 tondan çox təhvil verilib, tədarükü davam edir
5 manata təhvil alınır, dövlət də 6 manat subsidiya ödəyir.Respublikada yaş barama tədarükü davam edir. Bugünədək kümçülər tərəfindən tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib. İyunun 8-də respublika üzrə 8,43 ton yaş barama tədarük olunub.
Bu barədə Marja-ya Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2023-cü ildə Azərbaycanın 41 rayonunda yaş barama tədarükü aparılıb. İpəkqurdu toxumunun inkubasiya prosesi Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarında inşa edilmiş yeni baramaqurutma müəssisələrində də həyata keçirilib.
Kümçülərlə imzalanan müqaviləyə əsasən, istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.
Respublika üzrə ən çox yaş barama Zərdab rayonunda tədarük olunub. Zərdablı kümçülər tədarük məntəqələrinə 53 tona yaxın yaş barama təhvil veriblər. Ağcabədi (34,2 ton), Balakən (21,12 ton), Zaqatala (20,11 ton), Bərdə (19,69 ton), Tərtər (13,66 ton), Lənkəran (8,76 ton), Füzuli (7,6 ton), Ağdam (7,58 ton), Sabirabad (6,97 ton) və Yevlax (6,96 ton) ən çox yaş barama tədarük edən rayonlardır.
Yaş barama tədarükü davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
- 39 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























