"Ağacların sayını daha da artıracağam. Gəlirli meyvədir"
Ağstafa rayonunda bir müddətdir ki, alçanın bağlardan yığımına başlanılıb. Havalar yağıntılı keçdiyindən yazın əvvəlindən alça ağacları da yaxşı məhsul verib. Amma bu, bol məhsul götürmək üçün kifayət etmir. Alça ağaclarından istənilən nəticəni əldə etmək üçün düzgün aqrotexniki qulluq vacib şərtlərdəndir.
Ağstafanın Qarahəsənli kəndində 5 il əvvəl “Naxçıvan göycəsi” sortundan olan alça bağı salmış fermerlər Süleyman və Məhəmməd Babayev qardaşları bu il yaxşı məhsul əldə ediblər. Meyvənin satışını həyata keçirən fermerlər alıcının da kifayət qədər olduğunu deyirlər.
“Mənim bağımda hazırda 40-50 ağac var, hər ağacda da 50 kiloqram məhsul. Təzə bağ da salmışam. Ağacların sayını daha da artıracağam. Gəlirli meyvədir, satıb xeyrini görə bilirsən. Yaxşı olardı ki, gəlib bağdan alardılar. Belə olsa, işimizi dayandırıb, bazarlara məhsul aparmazdıq”, - deyə fermer Süleyman Babayev bildirib.
Hazırda qiymətlər nisbətən aşağı düşsə də, pis deyil. Göycə alçasının yerli bazarda bir kiloqramının qiyməti 2 manatdır. Faraş olduqda isə bu qiymət 2-3 dəfə baha olur.
Məhəmməd Babayev də uzun illərdir bağçılıqla məşğuldur. O da növbəti illərdə alça ağaclarının sayını artırmağı düşünür: “Bu sahəyə böyük marağımız var. Qardaşımla birgə alça bağı salmışıq. Bağımızın sahəsi böyüyəndən sonra bu meyvənin xaricə satışını həyata keçirməyi planlaşdırırıq”.
Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorundan bildirilib ki, hazırda rayon ərazisində alça elə də geniş sahələrdə becərilmədiyindən xaricə ixracı həyata keçirilmir. Satışa gəldikdə, bunu fermer özü müəyyən edir. Bazarlarda müştərisini tapan fermer daha sonra satışı elə bağdan da gerçəkləşdirə bilir.
Yaşıl alçanın faydalı xüsusiyyətləri çoxdur. Bu meyvə vitaminlərlə zəngindir. Göycə bədəndə təzə qan yaratmaqla yanaşı, hipertoniya, qan azlığı olanlara da faydalıdır. Susuzluğu tez yatırır və iştahaçıcı hesab edilir. Bununla yanaşı, alçanın çoxlu miqdarda qəbulu diş emalına mənfi təsir edə, mədədə ağırlıq, köp və digər xoşagəlməz hallara səbəb ola bilər. Odur ki, hər qidada olduğu kimi, göycəni də qədərində qəbul etmək lazımdır.

© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























