“QAZ” şirkəti “Volqa” avtomobillərinin istehsalına başlaya bilər
QAZ 2024-cü ildə Volqa brendi altında avtomobillərin istehsalına başlaya bilər“QAZ” (ГАЗ) 2024-cü ildə “Volqa” brendi altında avtomobillərin istehsalına başlaya bilər.
Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, indi zavod Volkswagen-in ayrılmasından sonra boş qalmış istehsal gücü üçün yeni texniki tərəfdaş axtarır.
Məlumata görə, hazırda dörd tərəf ilə danışıqlar aparılır.
"Qorki Avtomobil Zavodu (QAZ) gələn il yeni texnoloji tərəfdaşın dəstəyi ilə "Volqa" brendi altında avtomobillərin istehsalına başlaya bilər. Şirkət yaxın gələcəkdə texniki tərəfdaş haqqında qərar qəbul etmək niyyətindədir".
Bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini, Sənaye və Ticarət naziri Denis Manturov məlumat verilib.
“Bəli” deyən Manturov “Volqa” brendinin dirçəldilməsi layihəsinin aktuallığı ilə bağlı sualı cavablandırıb. O, texnoloji tərəfdaş cəlb etməklə bu marka altında avtomobillərin istehsalının təşkilinin planlaşdırıldığını təsdiqləyib.
"Həmkarlar deyirlər ki, yeni modelin hazırlanması təxminən 8-9 ay çəkir. Amma biz bir qədər əlavə ehtiyat müddəti götürürük: yaxın gələcəkdə partnyorla bağlı qərar vermək planlaşdırılır. Bir il vaxt tələb edə bilər. Hesab edirəm gələn yaya qədər”, - Baş nazirin müavini bildirib.
Manturov onu da vurğulayıb ki, yeni tərəfdaşlıq “Volkswagen”də olduğu kimi sənaye montaj sazişi formatında təşkil edilməyəcək, söhbət birgə istehsaldan gedir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























