Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edir
(®)Dövlət bankı Azər Türk Bank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə öz müştərilərinə üşaqlar üçün atb Junior adlı yeni debit kartı təklif edir.
Bankın bu yeni məhsulu 6-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuşdur.
Yeni kart məhsulunun yeniyetmələrin maraq dairəsində olan yerlərdə ödənişlər üzrə daha yüksək cashback verilməsi, eləcə də kartın balansını atb.az saytında, atb360 mobil tətbiqi, Bankın terminalları vasitəsilə və ya filiallarda 0% komissiya ilə artırmaq kimi üstünlükləri vardır.
Həmçinin 200 manatadək vəsaitin E-manat, MilliÖn terminalları vasitəsilə karta komissiyasız mədaxili mümkündür.
Bundan başqa, bu kartla istənilən bankomatda xidmət haqqı tutulmadan 200 AZN-dək nağdlaşdırma etmək olar.
Atb Junior kartının sahibi atb360 tətbiqini mobil telefonuna yükləyə və Google Pay və Apple Pay təmassız ödəniş sistemlərinə qoşula biləcəkdir.
Bu kartla mərc oyunları, lotereya və digər bu kimi platformalara girişlər Bank tərəfindən məhdudlaşdırılmışdır. Bundan başqa, uşağa aid olan kart valideynin hesabına bağlandığından onlayn aparılan əməliyyatların təsdiqi üçün təhlükəsizlik kodu valideynin mobil tətbiqinə göndərilir ki, bu da ona övladının xərclərinə nəzarət etməyə imkan verəcəkdir.
Qeyd edək ki, atb Junior kartlarındakı qalıq vəsaitə illik 6% gəlir hesablanacaqdır.
Beşillik xidmət müddətli atb Junior kartını valideynlər Bankın saytında ödənişsiz onlayn sifariş verə bilərlər.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























