Azərbaycandan İrana gedənlərin sayı azalıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı press-relizdə bildirilir ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artmış, İrana gedənlərin sayı isə 26,5 faiz azalmışdır.
Ölkə vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 24,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,8 faizi İrana, 19,8 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil etmişdir.
Xatırladaq ki, 2022-ci ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,5 dəfə artaraq 400,2 min nəfər olmuşdu. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artmışdı. Ölkə vətəndaşlarının 45,5 faizi Türkiyəyə, 16,7 faizi Rusiya Federasiyasına, 13,1 faizi İrana, 8,2 faizi Gürcüstana, 16,5 faizi digər ölkələrə səfər etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















