İnternetdən alış-verişlərə tətbiq ediləcək vergi şərh edildi
“Tətbiq ediləcək ƏDV təkcə elektron ticarətə deyil, İnternet üzərində göstərilən xidmətlərə - müəyyən proqramların alınması və oyunlardan istifadə etməyə və s. aiddir”.
“Marja” nın məlumatına görə, bunu Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə həsr edilmiş mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
Sahib Ələkbərov, “Düzdür, bir çox ölkələrdə Google, Facebook, Mail.ru kimi böyük şirkətlərə vergi tətbiq edilməsi uğursuz olmuşdur” deyərək sözlərinə belə davam edib:
“Amma Çin bu məsələni sərt qaydada həll edib, heç bir problem yaranmadı. Rusiya bununla bağlı qanun qəbul edib, Yanvarın 1-dən tətbiq edəcəklər. Ukrayna bu istiqamətdə çox ciddi işlər aparır. Biz də beynəlxalq təcrübəni yaxşı öyrənərək bu dəyişikliyi tətbiq edirik”.
“DƏYİŞİKLİK ADİ VƏTƏNDAŞA AİDİR”
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib ki, Vergilər Məcəlləsinin 169-cu maddəsinə əsasən sahibkarlıq subyekti qeyri-rezidentdən iş və xidməti alırsa ödəmə mənbəyində 18% ƏDV-ni tutmalı və büdcəyə ödəməlidir. Bu indidə qanunda var:
“Dəyişiklik adi vətəndaşın, yəni vergi ödəyicisi olmayan fiziki şəxslərin elektron qaydada qeyri-rezidentlərdən aldığı iş və xidmətlərə aiddir. Vətəndaş qeyri-rezientlərdən iş və xidmətləri aldıqda bank onun ödəyəcəyi məbləğin üzərinə ƏDV-ni hesablayacaq. Bank hesabladığı vergini ödəmə mənbəyində tutub dövlət büdcəsinə ödənilməsini təmin etməlidir”.
“SÖHBƏT FİZİKİ MALLARDAN GETMİR”
Samirə Musayeva vurğulayıb ki, qanunvericiliyə edilən dəyişiklikdə söhbət, işlərdən və xidmətlərdən gedir: “Söhbət fiziki mallardan getmir. Məhsul xarici elektron saytlardan alındıqda və fiziki olaraq ölkəyə daxil olduqda artıq gömrük orqanı nəzarətini həyata keçirir. Mal adi qaydada bəyan olunmalı və vergitutma obyekti yaratdığı halda gömrük vergini hesablayıb büdcəyə ödəməlidirlər”.
Müvafiq dəyişikliklər 1 yanvar 2017-ci il tarixdən tətbiq ediləcəkdir.
Vergi ödəyicisi olmayan fiziki şəxslərə aşağıda qeyd olunmuş əməliyyatları aparmalarına görə tətbiq ediləcək vergi dərəcələri*:
- Elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə (otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla) qeyri-rezidentə (ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan) ödənilən məbləğin 18 faizi həcmində ƏDV;
-Elektron ticarət qaydasında iş və xidmət, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereya, digər yarış və müsabiqələr üzrə ödənilən məbləğin 18 faizi həcmində ƏDV;
-Qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində** yaradılan hesaba köçürülən məbləğin 10 faizi həcmində ödəmə mənbəyində vergi.
Qeyd:
*ƏDV və ÖMV müştərinin vəsaiti hesabına bank tərəfindən büdcəyə ödəniləcək.
**Elektron pul kisəsi – fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə elektron ödənişləri həyata keçirməyə imkan verən, bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı.
İstinad:
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin tam mətnini Azərbaycan Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən əldə edə bilərsiniz:http://taxes.gov.az/modul.php?name=qanun&news=1225
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 22 saat sonra
-
40 d. əvvəl
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyuldu
-
51 d. əvvəl
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı oldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Prezident Kərkicahan sakinlərlə görüşüb
Ən çox oxunanlar
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
Dekabrın 24-də gözlənilən hava şəraiti
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
Azad olunan ərazilərdə MMC statuslu vahid Mənzil-kommunal Təsərrüfatı Müəssisəsi yaradılacaq
Pulu dollarda olanların nəzərinə - İRİ DÖVLƏT ŞİRKƏTİ İLLİK 7 FAİZ GƏLİR TƏKLİF EDİR
Su Kanal İdarəsinin kollektorları və sahə rəisi "kollektorda ölüm" işinə cəlb ediliblər
424 min 437 KOB subyektlərində 418 min nəfər çalışır
"Qızılın və gümüşün bahalaşması yenidən sürətlənəcək, qızıl 5000 dolları, gümüş isə 75 dolları keçəcək"



















