“PAŞA Bank” qlobal korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub. Belə ki, “PAŞA Bank”, may ayının 3-də baş tutan imzalanma mərasimi ilə BMT-nin Qlobal Sazişinin üzvünə çevrilib.
İmzalanma mərasimində iştirak edən “PAŞA Bank”ın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bu üzvlüyün əhəmiyyətini vurğulayarkən bildirib:
“PAŞA Bank” hər zaman biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf-mühitə qayğı və həssaslıqla yanaşılmasının, eləcə də cəmiyyət qarşısında məsuliyyətli korporativ vətəndaş olmağın tərəfdaşı kimi çıxış edib. Biz, müştərilərimizi də fəaliyyətlərində bu dəyərləri və prinsipləri rəhbər tutmağa səsləmişik. Bankın sadiq qaldığı dəyərlərin və prioritetlərin BMT-nin Qlobal Sazişinin prinsipləri ilə üst-üstə düşdüyünü nəzərə alaraq bu qlobal təşəbbüsün üzvü olmaqdan məmnunluq duyuruq”.
Qeyd edək ki, 2000-ci ildən fəaliyyətə başlayan BMT-nin Qlobal Sazişi, bu gün dünya üzrə 160-dan çox ölkədə yerləşən 25,000-ə yaxın şirkəti və qeyri-biznes tərəfdaşını bir aya gətirən ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişi dayanıqlı gələcək üçün məsuliyyətli fəaliyyət və idarəetmə prinsiplərini dünya miqyasında təşviq edir və bu istiqamətdə özəl sektora birbaşa dəstək verir.
BMT-nin Qlobal Sazişi ilə bağlı ətraflı məlumat əldə etmək üçün bu səhifəyə daxil olun: https://unglobalcompact.org
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 20 d. əvvəl
- 29 d. əvvəl
-
40 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 44 d. əvvəl
-
56 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)


.jpg)



.jpg)









