Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xalis mənfəəti kəskin artıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzi 2022-ci ili 18 milyon 216 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2021-ci illə müqayisədə 18 dəfə çoxdur.
Ötən il Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 9 milyon 947 min manat (əvvəlki ilə nisbətən 14,9% az), sair əməliyyat gəlirləri 60 milyon 897 min manat (6,1 dəfə çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 52 milyon 48 min manat (2,6 dəfə çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 170 min manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 410 min manat (1,7 % az) təşkil edib.
Bu il yanvarın 1-nə Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin aktivləri 46 milyon 883 min manat olub ki, bu da illik müqayisədə 50,8 % çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 10 % azalaraq 23 milyon 26 min manata düşüb, balans kapitalı isə 4,3 dəfə artaraq 23 milyon 857 min manata çatıb.
Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ölkə prezidentinin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməklə məşğuldur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
28 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 36 d. əvvəl
- 40 d. əvvəl
-
20 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)


