"Ən çox korrupsiya özəl sektordadır" - SAHƏLƏR
"Azərbaycanda korrupsiya hallarının ən çox baş verdiyi sahə özəl sektorudur".
“Report”un xəbərinə görə, bunu Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, baş prokurorun müavini Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin I yarımili ərzində görülən işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.
K.Əliyev bildirib ki, hesabat dövründə özəl sektorunda cinayət əməllərinə görə 25 cinayət işinə başlanılıb və 28 nəfər məsuliyyətə cəlb edilib.
O qeyd edib ki, digər ən çox korrupsiya halları müşahidə olunan sahələr ticarət, tikinti və digər sektordur.
Onun sözlərinə görə, bank sahəsində 19 cinayət işində 32 şəxs məsuliyyətə cəlb olunub: “Rəqəmlər ötən illə müqayisədə stabildir. Çünki son illər bu sahədəki vəziyyət qaydasına düşüb. Mövcud olan göstəricilər də əvvəlki dövrlərin cinayətləridir və icraatda hələ də işlər qalıb”.
K.Əliyev əlavə edib ki, tikinti sahəsində 4 cinayət üzrə 4 şəxs, yerli icra hakimiyyəti üzrə 4 cinayət üzrə 4 şəxs, təhsil sahəsi üzrə 10 cinayət üzrə 12 şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 3 cinayət üzrə 5 şəxs məsuliyyətə cəlb olunub.
O, həmçinin qeyd edib ki, mətbuatda yayımlanan müraciətlərlə bağlı hesabat dövründə bir neçə araşdırma aparılsa da, cinayət işinin başlanması üçün əsas olmayıb.
K.Əliyev deyib ki, təhsil sahəsində korrupsiya halları daha çox xaricdə təhsillə bağlıdır: “Burada vətəndaşlar aldadılır. Onlara saxta diplomlar, sertifikatlar təqdim olunur. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. Həkimlərin rüşvət tələb etməsi faktı üzrə müraciətlə qeydə alınıb. Həkimlər rüşvətin subyekti deyillər. İlkin mərhələdə cinayətin törədilmısinin qarşısını almağa çalışırıq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


