Türkiyə bankının Azərbaycanda xalis mənfəəti 5 dəfədən çox artıb
Türkiyənin "Yapı Kredi" bankının Azərbaycanda törəməsi olan "Yapı Kredi Bank Azərbaycan" QSC 2023-cü ilin 1-ci rübünü 2 milyon 161 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 400 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2022-ci ilin ilk rübü ilə müqayisədə 2023-cü ilin ilk rübündə "Yapı Kredi Bank Azərbaycan"ın xalis mənfəəti 5,4 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından və mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin 3 dəfədən çox azalması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin cəmi əməliyyat gəlirləri 2022-ci ilin 1-cü rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 2 milyon 915 min manat artaraq 12 milyon 604 min manat, əməliyyat xərcləri isə 1 milyon 523 min manat artaraq 9 milyon 297 min manat təşkil edib. Bankın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb.
Gəlirlərinin xərclərindən daha çox artması ilə əlaqədar olaraq "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 1 milyon 392 min manat artaraq 3 milyon 308 min manat təşkil edib. 2022-ci ilin ilk rübü rübündə "Yapı Kredi Bank Azərbaycan"ın əməliyyat mənfəəti 1 milyon 916 min manat təşkil etmişdi. Bank cari ilin ilk rübündəki 3 milyon 308 min manat əməliyyat mənfəətindən 352 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb, 795 min manat mənfəət vergisi ödəyib.
BANK BÖYÜYÜB
Ötən ilin sonu ilə müqayisədə ilk rübdə "Yapı Kredi Bank Azərbaycan"ın cəmi aktivləri 3 milyon 579 min manat artaraq 485 milyon 506 min manata çatıb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) isə cüzi azalaraq 235 milyon 241 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portffeli 236 milyon 945 min manata çatmışdı.
İlk rübdə "Yapı Kredi Bank Azərbaycan"da depozitlər 1 milyon 871 min manat artaraq 365 milyon 728 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2023-cü il tarixində "Yapı Kredi Bank Azərbaycan" 77 milyon 707 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 75 milyon 75 min manat məcmu kapitala malik idi.
"Yapı Kredi Bank Azərbaycan" QSC-nin nizamnamə kapitalının 99.8%-i "YapıKredi Bank AŞ"yə, 0,1%-i "Yapı ve Kredi Yatırım Menkul Değerler A.Ş"yə, 0,1%-i "Yapı Kredi Finansal Kıralama A.O"ya məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 d. əvvəl
- 43 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı






.jpg)






.jpg)






