ABB Şəki filialını da yenilədi
(®️) Maliyyə xidmətlərinin müştərilər üçün daha da rahat və əlçatan olması məqsədilə ABB filiallarını yeniləyir, xidmət şəbəkəsini ardıcıl şəkildə inkişaf etdirir.
Filialların transformasiyası layihəsinə əsasən, ABB-nin Şəki filialı da Bankın müasir konseptinə uyğun qurulub. Yenilənmiş filial Şəki şəhəri, Heydər Əliyev prospekti - 61A ünvanında xidmət göstərir.
Fərdi və korporativ müştərilər ən yüksək şəraitə malik Şəki filialında kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası layihəsinin uğurla davam etdirildiyini bildirib: “Filialların transformasiyası prosesi yalnız xarici görkəmin yenilənməsi və müştərilərə xidmət şəraitinin yaxşılaşdırılmasını deyil, həm də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əhatə edir. Bank alternativ xidmət imkanları yaratmaqla və biznes proseslərini təkmilləşdirməklə müştəri müraciətlərinin icrasının sürətləndirilməsi istiqamətində ardıcıl iş aparır. Əminik ki, yenilənmiş Şəki filialımız müştərilərə xidmət standartlarını daha da yüksəldəcək, regionun inkişafına öz töhfəsini verəcək və bütün müştərilərimizə dəstək olacaq.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)







