“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Artan qeyri-müəyyənliklər dollar üzərində təzyiqləri də artırırInvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə Amerikada proqnozların altında açıqlanan ÜDM göstəricisi, eləcə də, İngiltərədə proqnozları üstələyən İqtisadi İnkişaf Səviyyəsi və Avrozonada ehtimalların üzərində dərc olunan inflyasiya göstəriciləri fonunda EURUSD və GBPUSD məzənnələri müvafiq olaraq 1.09$ və 1.24$ hədlərinə kimi bahalaşdı.
Lakin cümə günü ABŞ-da açıqlanan və FED-in inflyasiya göstəricilərindən biri olaraq qəbul etdiyi Fərdi İstehlak Xərcləri fevral ayında 0.2% faiz artaraq proqnozların üzərinə yüksəlməsi, həmçinin ərzaq və enerji məhsulları istisna olmaqla Baza Şəxsi İstehlak Xərcləri Qiymət İndeksi isə aylıq 0.3%, illik isə 4.6% artması dollar indeksinə bir qədər dəstək oldu.
Digər tərəfdən FED rəsmilərinin monetar siyasətin gələcəyi ilə bağlı verdiyi açıqlamalar da DXY-ın 101.70 bənd həddindən dəstək alaraq 102.20 bənd hədlərinə kimi yüksəlməsinə səbə oldu.
Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik göstəricilər, xüsusilə də “NFP” DXY-da tendensiyanın gedişinə ciddi təsir edə bilər.
EUR
Bu həftə Almaniyada və Avrozonada açıqlanacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri EURUSD məzənəsində tendensiyanın formalaşmasında əhəmiyyətli rol oynaya bilər. Təhlillərə əsasən EURUSD 1.09$ üzərində möhkəmlənərsə, avro dollar qarşısında 1.11$ hədlərinə qədər bahalaşa bilər.
GBP
Ötən həftəni 1.22$ səviyyəsinin üzərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri ciddi təsir edə bilər.
GOLD
Cümə günü FED-in inflyasiya göstəricisi olaraq qəbul etdiyi Fərdi İstehlak Xərcləri və ərzaq və enerji məhsulları istisna olmaqla Baza Şəxsi İstehlak Xərcləri Qiymət İndeksinin proqnozların üzərində açıqlanması fonunda qızılın unsiya üzrə qiyməti ucuzlaşaraq həftəni 1969$ səviyyəsində başa vurdu.
Təhlillərə əsasən bu həftə Amarikada açıqlanacaq əmək bazarı xüsusilə də NFP, eləcə də Amerika, Avrozona və İngiltərədə dərc olunacaq Sənaye və Xidmət Sektorlarında Biznes Aktivliyi İndeksləri valyuta bazarlarında aktivliyin artmasına səbəb ola bilər. Bu isə qiymətli metalın qiymətlərində də ciddi dalğalanmalar yarada bilər. Qiymətli metalın bir unsiya üzrə dəyəri 1950$ həddinin altına düşsə, 1933$-a və 1920$-a kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
4 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
7 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
8 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 8 saat əvvəl
-
8 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
-
8 saat əvvəl
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
Ən çox oxunanlar
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb



















