"Yandex" və "Uber" Azərbaycanda taksi bizneslərini birləşdirir
“Yandex” və “Uber” şirkətləri Rusiya, Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan və Qazaxıstan ərazisində gedişlərin online sifarişi bizneslərini bir şirkət daxilində birləşdirilməsinə dair saziş imzalayıblar.
Sazişin şərtlərinə əsasən, “Uber” və “Yandex” yeni şirkətin dəyərini $3,725 mlrd qiymətləndirərərk şirkətə $225 mln və $100 mln məbləğində sərmayə yatıracaq. Bu yatırımları və mümkün ola bilən düzəlişləri nəzərə almaqla müqavilənin bitməsi zamanı şirkətin 59,3%-i “Yandex”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isə şirkətin əməkdaşlarına məxsus olacaq.
Yeni şirkətin “Yandex”in xəritəçəkmə və naviqasiya xidmətləri, eyni zamanda, axtarış sistemləri üzrə bilik və texnologiyaları, habelə “Uber”in gediş sifarişləri və online xidmətlər üzrə dünya liderliyi təcrübəsindən yararlanmaq imkanı olacaq. Bu da öz növbəsində istifadəçilərin və sürücülərin bütün tələbatlarını ödəməyə, həmçinin şəhər və regionlarda nəqliyyat infrastrukturunu inkişaf etdirməyə kömək edəcək və dinamik şəkildə irəliləyən və sabit biznes qurmaq üçün şərait yaradacaq.
Sazişin bağlanmasından sonra həm “Yandex.Taksi”, həm də “Uber” tətbiqləri gediş sifarişlərini online şəkildə həyata keçirmək üçün əvvəlki qaydada istifadəçilərin ixtiyarında olacaq. Eyni zamanda, taksoparklar və sürücülər vahid texnoloji platformadan istifadəyə keçəcəklər ki, bu da avtomobil sifarişlərinin sayını artırmağa, onların çatma vaxtını və avtomobilin boş-boşuna hərəkətini azaltmağa, etibarlılığı artırmağa və xidmətin ümümilikdə əlçatan olmasına imkan yaradacaq.
“Bu birləşmə sadəcə şirkətlər üçün deyil, eləcə də istifadəçilər, sürücülər və şəhərlər üçün sərfəlidir. Bu saziş “Uber”in regionda müstəsna irəliləyişini təsdiqləyir və gələcəkdə beynəlxalq dayanıqlı biznesin qurulmasına da bilavasitə təsir edəcək”, - deyə “Uber”in Avropa, Yaxın Şərq və Afrika regionu üzrə rəhbəri Pyer-Dimitri Qor-Koti (Pierre-Dimitri Gore-Coty) bildirib.
Saziş “Uber” və “Yandex” şirkətlərinin Direktorlar Şurası tərəfindən təsdiqlənib. Hazırda tənzimləyici orqanlar tərəfindən təsdiqlənməsi gözlənilir, sazişin tam bağlanması isə 2017-ci ilin IV rübünə planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)







