Avropa banklarının səhmləri çökür - BİRLƏŞMƏ DƏ KÖMƏK ETMƏDİ
Avropa fond bazarları bazar ertəsi kəskin ucuzlaşıb, iki İsveçrə bank nəhəngi UBS və Credit Suisse-in konsolidasiyasına dair razılaşmanın ardınca bank sektoru ağır zərbə alıb.
Marja xəbər verir ki, Almaniyada DAX indeksi 0,7%, Fransada CAC 40 indeksi 0,3%, Böyük Britaniyada FTSE 100 isə 0,9% ucuzlaşıb.
İsveçrənin bank nəhəngi UBS bazar günü elan edib ki, qlobal bank sistemindəki gərginliyi azaldacağına ümid edərək, İsveçrə səlahiyyətlilərinin köməyi ilə çətin vəziyyətdə olan Credit Suisse bankını təxminən 3,3 milyard dollara almağa razılaşıb.
Credit Suisse bir sıra böhranlardan sonra investorların vəsaitlərini geri çəkməsi ilə artan likvidlik çətinlikləri ilə üzləşib. Credit Suisse-in sağ qalması ilə bağlı narahatlıqlar artıb.
Bununla belə, bu sövdələşmənin bazarın narahatlığını aradan qaldırmayıb, bu barədə ümid bazar ertəsi puç olub. UBS səhmləri 12%-dən, Credit Suisse isə 60%-dən çoxucuzlaşaraq, qalan Avropa banklarını aşağı sürükləyib.
UBS-in bazar günü birləşməsindən sonra təxminən 17 milyard dollar dəyərində Credit Suisse istiqrazlarını siləcəyini elan etməsi, bu istiqraz sahiblərinin böyük itkilərlə üzləşdiyi deməkdir. Buna görə, birjalarda təşviş artıb.
Bu narahatlıqlar Federal Ehtiyat Sisteminin (FED) və digər böyük mərkəzi bankların çətin vəziyyətdə olan kreditorları dəstəkləmək üçün təcili likvidlik xətləri açmaq qərarlarını kölgədə qoyur.
Bu həftə bazar üçün başqa bir potensial risk mənbəyi Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) növbəti iclasıdır və ABŞ mərkəzi bankının çərşənbə günü faiz dərəcələrini yenidən artıracağı gözlənilir, bu dəfə ehtimal ki, 0,25 baza bəndi.
İngiltərə Mərkəzi Bankı da bu həftə faiz qərarını elan edəcək. İsveçrə Milli Bankının da, ölkənin bank sistemindəki qarışıqlıq şəraitində belə cümə axşamı günü 0,50 faiz bəndi faiz artıracağı gözlənilir.
İnvestorlar Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın Avropa Parlamentinin iqtisadi komitəsi qarşısında çıxışı zamanı onun şərhlərinə qulaq asacaqlar.
Davam edən bank böhranının qlobal iqtisadi fəaliyyətə və beləliklə, bu il xam neftə olan tələbata zərər verəcəyi ilə bağlı narahatlıqlar səbəbilə neft qiymətləri bazar ertəsi düşüb.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və OPEC-in baş katibi Haitham Əl Ghais həftə sonu görüşüb və qiymətlərin kəskin şəkildə dəyişməsinin qarşısını almaq üçün neft ixrac edən ölkələr arasında koordinasiyanın vacibliyini vurğulayıblar.
OPEC+ kimi tanınan, Rusiyanın da daxil olduğu OPEC və hasilatçı müttəfiqlərinin nazirlər komitəsi aprelin 3-də, nazirlərin toplantısı isə iyunun 4-nə keçirəcəkdir.
Nam neft fyuçersləri keçən həftə 13% ucuzlaşdıqdan sonra bu gün 2,4% düşüb. ABŞ xam neftinin barreli 65,32 dollara, Brent neftin barelinin qiyməti isə 71,33 dollara satılıb.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
4 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
5 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
6 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib

























