“NAXTEL 4G”dən möhtəşəm bayram TƏKLİFLƏRİ - FOTOLAR
(®) Naxçıvan şəhərinin “Əcəmi Seyrəngahı”nda Novruz bayramı münasibətilə keçirilən "Novruz Şəhərciyi" festivalına NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti də qatılıb.
Festivalda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən şirkətlər, onlar üçün xüsusi olaraq ayrılmış yerlərdə sakinlər və qonaqlar üçün öz xidmətlərini təklif edirlər.
NAXTEL 4G də bu möhtəşəm bayram şənliyində öz xidmət və təklifləri ilə yer alıb. 1+1 hədiyyə nömrə kampaniyası və "Hədiyyə qutusu" ziyarətçilərin rəğbətinə və marağına səbəb olub.
Bir nömrə alana bir nömrə hədiyyə edilir və hədiyyə qutusundan əldə edilən zərf içərisinə yerləşdirilmiş müxtəlif danışıq dəqiqələri və internet paketləri isə bayram sovqatı olaraq abunəçilərin balansına yüklənir.
Bu təklif 25 mart tarixinədək NAXTEL-in bütün Satış və Xidmət Mərkəzlərində həyata keçiriləcək. 8 gün boyunca davam edəcək "Novruz şəhərciyi" konsert tədbirləri ilə sakinlərə əsl bayram abu-havası yaşadacaq.
Xatırladaq ki, NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Naxçıvan Muxtar Respublikasında yerləşən 4-cü nəsil GSM+LTE operatorudur. 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir.
Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulub. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaradıb. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)








