“AzerGold”un qızıl hasilatı cüzi, gümüş hasilatı isə kəskin artıb
Dövlətə məxsus “AzerGold” QSC 2022-ci ildə hasilatı artırıb. Ötən il 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüş hasil olunub.
Şirkətin yaydığı məlumatda bildirilir ki, “AzerGold” ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib. Məhz bunun nəticəsidir ki, hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb.
2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9%), gümüşdə 88.6 min unsiya (65.9%) çox olub.
2017 – 2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib. 2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























